“Amazon” şirkətinin qurucusu Ceff Bezosun keçmiş teleaparıcı Loren Sançeslə hazırda Venesiyada keçirilən toy mərasimi davam edir.
Axşam.az xəbər verir ki, Reuters-in yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, bu toy İtaliyaya təxminən 1,12 milyard dollar gəlir gətirə bilər.
Veneto bölgəsinin rəhbərinin açıqlamasına əsasən, bu təntənəli mərasim milyardera 47–56 milyon dollar arasında başa gəlib. Bu məbləğə otellər, nəqliyyat və tədbirin təşkili daxildir. Yalnız 200–250 qonağın yerləşdirilməsi üçün təxminən 33 milyon dollar, logistika üçün isə 20 milyon dollar xərclənib. Üstəlik, 90 özəl təyyarə qonaqları Venesiyaya gətirib və bu, Marko Polo hava limanına təxminən 54 milyon dollar gəlir qazandıracaq.
Eyni zamanda İtaliyanın Turizm Nazirliyi qeyd edib ki, bu hadisənin dünya mediasında geniş işıqlandırılması ölkəyə ən böyük gəliri gətirəcək və bunun ardınca turist axınının ciddi şəkildə artacağı gözlənilir. Bundan əlavə, ulduz cütlük Veneto bölgəsinin laqunlarını araşdırmaq üçün həyata keçirilən layihəyə 2 milyon avro ianə edib.
Toy mərasimi çərçivəsində istifadə olunan malların və xidmətlərin təxminən 80%-i yerli venesiyalı təchizatçılardan alınıb — bunlar arasında məşhur “Rosa Salva” şirniyyat evi və “Laguna B” şüşə dizayn studiyası da var. Hətta cütlük qonaqlardan hədiyyə əvəzinə Venesiyanın xeyrinə xeyriyyə ianələri etmələrini xahiş edib. Dəvətnamələrdə üç təşkilat göstərilib: UNESCO-nun Venesiya ofisi, CORILA tədqiqat konsorsiumu və Beynəlxalq Venesiya Universiteti.
Bununla belə, iqtisadi baxımdan böyük töhfə verilməsinə rəğmən, bu dəbdəbəli tədbir yerli sakinlər arasında narahatlıq və tənqidlərə səbəb olub.
10Sources
-
veteninfo.azAİ Kiyev üçün 100 milyard avro ayırır- Bloomberg ( 19107490)
-
yeniavaz.comAİ bu dəfə Kiyevə 100 milyard avro ayırmaq istəyir ( 19106755)
-
yeniavaz.comAİ bu dəfə Kiyevə 100 milyard avro ayırmaq istəyir ( 19106350)
-
musavat.comUkraynaya yardım xərc maddəsi kimi Avropa İttifaqının büdcəsinə daxil edilir: 100 milyard avro... ( 19092949)
-
apa.azAİ-nin büdcə layihəsinə Ukraynaya görə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib ( 19091005)
-
report.azAİ-nin büdcə layihəsinə Ukrayna üçün 100 milyard avro daxil edilib ( 19090759)
-
azia.azAİ Ukraynaya dəstək üçün yeni fond yaratmağı PLANLAŞDIRIR ( 19089289)
-
teleqraf.comAİ Ukraynaya dəstək üçün yeni fond yaratmaq niyyətindədir ( 19087168)
-
musavat.comAİ Ukraynanın 2026-cı il büdcəsi üçün 19 milyard dollar axtarır ( 19076377)
-
yeniavaz.comAİ ABŞ mallarına 116 milyard avroluq tariflər hazırlayır ( 19075726)