AZ

Aİ Kiyev üçün 100 milyard avro ayırır- Bloomberg

Vətəninfo.az Bloomberg  istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) Ukraynaya Rusiya ilə münaqişəsində kömək etmək üçün Aİ-nin 2028-2034-cü illər üçün növbəti yeddiillik büdcəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib.

Agentlik iddia edir ki, Avropa Komissiyası bu fondun yaradılmasını “Ukraynaya davamlı maliyyə yardımı göstərmək” zərurəti ilə əsaslandırır.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Avropa İttifaqı və onun üzvü olan dövlətlərin Kiyevə göstərdiyi ümumi maliyyə, iqtisadi və hərbi yardım 160 milyard avro təşkil edib, lakin bu pulların hamısı sistemli şəkildə deyil, əksinə, çoxsaylı ayrı-ayrı proqramlar, kredit xətləri, milli və Avropa kreditləri şəklində ayrılıb.

İndi Avropa Komissiyası Ukraynaya yardımı İttifaqın büdcəsinin struktur maddəsinə, yəni Avropa İttifaqının növbəti büdcə dövriyyəsi xərclərinin məcburi hissəsinə çevirməyi təklif edir. Aİ-də büdcə planlaşdırması yeddi illik dövrlərdə həyata keçirilir. Birlik ölkələri yekdilliklə Aİ-nin gələcək yeddiillik büdcəsini qəbul edir və bu büdcə çərçivəsində Aİ-nin illik büdcələri sonradan təsdiq edilir.

Avropa Komissiyası gələn həftə 2028-2034-cü illər üçün büdcə layihəsini təqdim etmək niyyətindədir. Avropa Komissiyası ilə Aİ ölkələri arasında bu plan üzrə danışıqlar 2027-ci ilin sonuna qədər davam edə bilər və kompromislə başa çatmalıdır.

Seçilən
4
2
veteninfo.az

10Mənbələr