ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyası (AK) Ukraynaya 2028-2034-cü illər üçün növbəti yeddiillik Aİ büdcə planının layihəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, Avropa Komissiyası belə bir fondun yaradılmasını Ukraynaya sabit maliyyə yardımının dəstəklənməsi zərurəti ilə əsaslandırır.
Məlumata görə, Ukraynada münaqişə başlayandan bəri Avropa İttifaqı (Aİ) və onun üzvü olan dövlətlərdən Kiyevə ümumi maliyyə, iqtisadi və hərbi yardım 160 milyard avro təşkil edib. Lakin bütün bu pullar sistemli şəkildə deyil, çoxsaylı fərdi proqramlar, kredit xətləri, milli və Avropa kreditləri şəklində ayrılıb.
Digər tərəfdən, AK Ukraynaya yardımı Aİ-nin ittifaq büdcəsinin struktur maddəsinə çevirməyi təklif edir. Belə ki, Aİ-də büdcə planlaşdırması yeddiillik dövrlərlə həyata keçirilir. Üzv ölkələr Aİ-nin yeddiillik perspektiv büdcəsini yekdilliklə qəbul edir və illik ittifaq büdcələri bu büdcə çərçivəsində sonradan təsdiq edilir.
AK gələn həftə 2028-2034-cü illər üçün büdcə layihəsini təqdim etmək niyyətindədir. AK ilə Aİ ölkələri arasında bu plan üzrə danışıqlar 2027-ci ilin sonuna qədər davam etməli və kompromislə başa çatmalıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.