AZ

Ukraynaya yardım xərc maddəsi kimi Avropa İttifaqının büdcəsinə daxil edilir: 100 milyard avro...

Avropa Komissiyası (AK) Rusiya ilə münaqişədə Ukraynaya dəstəyi Aİ-nin büdcəsinə daxil edib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bu məsələ Aİ-nin 2028-2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcə planının layihəsinə 100 milyard avro məbləğində ayrıca xərc maddəsi kimi daxil edilib.

Bildirilir ki, Avropa Komissiyası belə bir fondun yaradılmasını “Ukraynaya sabit maliyyə yardımının dəstəklənməsi” zərurəti ilə əsaslandırır. Ukraynada münaqişə başlayandan bəri Avropa İttifaqı və onun üzvü olan dövlətlərdən Kiyevə ümumi maliyyə, iqtisadi və hərbi yardım 160 milyard avro təşkil edib, lakin bütün bu pullar sistemli şəkildə deyil, çoxsaylı fərdi proqramlar, kredit xətləri, milli və Avropa kreditləri şəklində ayrılıb.

İndi Avropa Komissiyası Ukraynaya yardımı icma büdcəsinin struktur bəndinə, yəni növbəti büdcə dövrü üçün Aİ-nin xərclərinin məcburi hissəsinə çevirməyi təklif edir.

Qeyd edək ki, Aİ-də büdcə planlaşdırması yeddi illik dövrlərdə həyata keçirilir. İcma ölkələri Aİ-nin perspektiv yeddiillik büdcəsini qəbul edir və bu büdcə çərçivəsində icmanın illik büdcələri sonradan təsdiq edilir.

Musavat.com

Seçilən
9
2
musavat.com

10Mənbələr