Azərbaycan milli komandasının üzvü Mahir Emreli karyerasını II Bundesliqanın "Kayzerslautern" klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, müqavilənin müddəti 3 illikdir.
Azad agent kimi transfer edilən Mahir yeni klubunda 10 nömrəli formanı geyinəcək.
28 yaşlı hücumçunun son klubu Almaniya "Nürnberq"i olub.
Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqada 2024-25 mövsümünü 7-ci yerdə başa vurmuşdu.