"Bavariya" klubunda 10 nömrəli formanın yeni sahibi məlum olub.
Offsideplus.az xəbər verir ki, bu formanı artıq Camal Musiala tərlədəcək. O, daha öncə 42 nömrə altında çıxış edirdi.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Musiala 2020-ci ildən bəri "Bavariya"nın əsas komandasında oynayır. 22 yaşlı futbolçu başa çatan mövsüm 39 oyunda 17 qol vurmağı bacarıb.
Qeyd edək ki, Münhen təmsilçisi 10 nömrəli formanın öncəki sahibi Leroy Sane idi. Onun klubla müqaviləsi artıq başa çatıb. Almaniyalı vinger azad agent kimi "Qalatasaray"a qoşulacaq.