Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu argentinalı ulduz futbolçu ilə bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, MLS klubu müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər olan hücumçu ilə yeni anlaşmanın əldə olunub-olunmayacağı barədə narahatlığa son qoymağa çalışıb:
“Leonun 2025-ci ilin sonuna qədər müqaviləsi var. Həqiqət budur ki, hər iki tərəf bu münasibəti davam etdirməkdə maraqlıdır. Bunun reallaşması üçün düzgün düşüncə ilə lazımi addımlar atılır”.Messi 2023-cü ilin yayında PSJ-dən ayrıldıqdan sonra karyerasını Avropadan kənarda davam etdirmək qərarına gələrək "İnter Mayami"yə keçib. Bu mövsüm o, ABŞ təmsilçisinin heyətində 24 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.