AZ

“Barselona” rəhbərliyindən Messi ilə bağlı açıqlama

 “Barselona” klubunun rəhbər heyətinin üzvü Elena Fort əfsanəvi futbolçu Lionel Messi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın “La Vanguardia” nəşrinə istinadən məlumatına görə, funksioner argentinalı ulduzun yenidənqurma işləri başa çatdıqdan sonra “Kamp Nou” stadionunun açılış mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməsə də, ona yeni arenada mütləq ehtiram göstəriləcəyini bildirib:

“Messiyə ehtiram yalnız stadion tam hazır olduqdan sonra göstərilməlidir. Bu mütləq baş verəcək. Çünki Messi “Barselona” tarixinin ən yaxşı futbolçusudur” 

Qeyd edək ki, Lionel Messi 2004–2021-ci illərdə “Barselona”da çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. Kataloniya klubu maliyyə problemləri üzündən futbolçuya yeni müqavilə təklif edə bilməyib.

Seçilən
30
28
90deqiqe.az

10Mənbələr