EN

Bakıda yalnız birtərəfli qaydada istifadə edilən piyada keçidi...VİDEO

Paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində piyada keçidi var, ancaq yolun yalnız bir tərəfində istifadə edilə bilir. Universitetin qarşısında səki mövcuddur, amma o biri başda nə səki var, nə də hərəkət sahəsi.

Keçid birbaşa hündür daş divara dirənir. Bu da piyadaların avtomobil yoluna çıxmasına səbəb olur.

Məsələ ilə bağlı "Xəzər Xəbər" olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və yerli icra hakimiyyətinə müraciət etdik. Əraziyə baxış keçiriləcəyi və müvafiq tədbirlər görüləcəyi bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
89
50
xezerxeber.az

10Sources