Azərbaycan I Liqa təmsilçisi “Mingəçevir”in Yaşar Məmmədzadə adına şəhər stadionunun aqibəti bəlli deyil.
Bu ilin fevral ayında təmir və yenidənqurma işlərinin aparılması səbəbi lə bağlanan arenada daş üstünə daş qoyulmayıb. Stadion təmirə necə bağlanıbsa, elə də qalıb.
İşlərin nə zaman başlayacağı bəlli deyil. Bunun səbəbi isə maliyyə məsələsidir.
Klubun yeni rəhbərliyi Yaşar Məmmədzadə adına stadionda işlərin başlanması üçün hələ də büdcə ayırmayıb.
Xatırladaq ki, “Mingəçevir” ötən mövsüm çempionatın sonuna doğru ev oyunları əsas stadionun köməkçi meydançasında keçirib.
İdmanxeber.az