AZ

Avtomobili yoxdur, amma bir gündə iki dəfə cərimələnibŞİKAYƏT/VİDEO

Avtomobili yoxdur, amma 100 manat cərimə edilib.

Xezerxeber.az-ın məlumatına görə, belə bir halla paytaxtda yaşayan Yardımlı sakini Həbib Əliyev üzləşib.

O deyir ki, idarə etmədiyi avtomobilin cərimələri ona gəlir.

Ard-arda gələn cərimə məbləği isə 100 manat olub.

Həbib Əliyev onu da əlavə etdi ki, həmin qeydiyyat nişanlı avtomobillə əvvəllər taksi işləyib. Lakin adına olan etibarnamənin müddəti bitib. Etibarnamə olmadığı halda niyə cərimələr bu sürücüyə gəlir?

Həbib Əliyev deyir ki, şəxsi kabinetində cərimələrin icarəyə götürdüyü avtomobilə məxsus olduğunu görən kimi 102-i xidmətinə məlumat verib. Daha sonra isə avtomobilin sahibi ilə əlaqə saxlayıb.

Həbib Əliyevin üzləşdiyi problemlə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazitliyin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirdi ki, sistem tərəfindən qeydə alınan qayda pozuntusu texniki xətadan qaynaqlanıb. Həbib Əliyevin cəriməsi ləğv edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
0
13
xezerxeber.az

10Mənbələr