EN

İran və İsrail münaqişəsi BMT TŞ-də müzakirə ediləcək

BAKI, 20 iyun. TELEQRAF

BMT Təhlükəsizlik Şurası İran-İsrail münaqişəsini müzakirəyə çıxaracaq.

Teleqraf xəbər verir ki, iyunun 20-də BMT Təhlükəsizlik Şurası İran və İsrail arasında davam edən hərbi qarşıdurmalarla bağlı təcili açıq brifinq keçirəcək.

İclas “Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” gündəlik maddəsi çərçivəsində təşkil olunacaq.

İclasın keçirilməsinə dair təşəbbüs Əlcəzair, Çin, Pakistan və Rusiya tərəfindən irəli sürülüb.

Chosen
355
50
teleqraf.com

10Sources