AZ

İran zənginləşdirməni dayandırmır - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair təftiş və zənginləşdirmə fəaliyyətlərindən imtina etdiyini bəyan edib

TurkicWorld xəbər verir ki, Tramp Air Force One təyyarəsində jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın zərbələrindən sonra İranın nüvə infrastrukturu ciddi zərər görsə də, Tehran proqramı başqa bir yerdə bərpa edə biləcəyinə inanır.

Prezident Tramp yaxın günlərdə Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyini və danışıqların əsas gündəm mövzusunun da məhz İranın nüvə fəaliyyəti olacağını qeyd edib.

Qeyd edək ki, Tramp administrasiyası son dövrlərdə İranın nüvə proqramının "geri dönməz səviyyəyə çatmaq" riski daşıdığını bildirib və daha sərt nəzarət mexanizmlərinin tətbiq olunmasına çağırır. ABŞ və İsrailin İranla bağlı siyasətdə daha sıx əməkdaşlığa gedəcəyi gözlənilir.

Seçilən
6
50
turkic.world

10Mənbələr