Amerikalı sahibkar İlon Mask prezident Donald Trampa münasibətinin dəyişməsinin səbəbini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, X hesabında yeni partiyanın yaranmasını elan etdikdən sonra ona ünvanlanan sualları cavablandırarkən bu məsələyə toxunub.
Mask qeyd edib ki, Trampa münasibətini onun ABŞ-ın dövlət xərclərini artıran siyasətinə görə dəyişib. Hansı ki, bu siyasət nəticəsində ABŞ-ın dövlət borcu indiyədək olmayan həddə qədər artır: "Büdcə kəsiri ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə olan görünməmiş 2 trilyon dollardan 2,5 trilyon dollara qədər artıb. Bu, ölkəni iflasa aparacaq"
Maskın bu açıqlamasına baxmayaraq, bir çoxları münasibətlərin pisləşməsinin kökündə Trampın qərarlarının milyarderin biznesinə mənfi təsirlərinin dayandığını düşünürlər.
Musavat.com