Amerikalı sahibkar İlon Mask ABŞ-ın büdcə kəsirinin 2,5 trilyon dollara qədər artması səbəbindən Donald Trampa münasibətini dəyişib.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Bir istifadəçinin mövqeyini dəyişməsinin səbəbləri ilə bağlı sualına Mask belə cavab verib:
“Kəsir Bayden dövründə əldə edilən 2 trilyon dollardan 2,5 trilyon dollara qədər artdı”.