EN

İranın nüvə obyektində zəlzələ baş verdi

İranın Fordo nüvə obyekti yaxınlığında 2,5 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Fordo İranın uranın zənginləşdirilməsi üzrə ikinci ən böyük zavodudur. Obyektin çox hissəsi yerin altındadır.

İyunun 14-də İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib ki, İsrailin Fordo nüvə obyektinə endirdiyi zərbələr məhdud ziyana səbəb olub. O, həmçinin İsfahanda bir neçə anbarın hücuma məruz qaldığını və orada yanğının baş verdiyini bildirib. Lakin iranlılar oradan mühüm avadanlıq və materialları əvvəlcədən təhlükəsiz yerə daşımağa müvəffəq olduqları üçün dəyən ziyan böyük olmayıb.

Chosen
35
1
publika.az

10Sources