İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.
Raket zərbələrinin səbəb olduğu yanğınlar barədə məlumatlardan sonra yanğınsöndürmə qrupları Təl-Əvivə və Ramat Qana göndərilib.
Hava hücumu nəticəsində paytaxt Təl-Əviv ciddi zərər çəkib. Həmçinin Ramat Qanda binalara cidd ziyan dəyib, yanğın səbəbindən bəzi insanları blokadada qalıb.