İrandan atılan raketlərin törətdiyi dağıntılar nəticəsində İsraildə ölənlərin sayı artıb.
Turkustan.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.
Nəşr bildirib ki, hazırda 20-yə yaxın adam itkin düşmüş hesab olunur.
Eyni zamanda Bat-Yamdakı binanın birbaşa vurulması nəticəsində 6 nəfər həlak olub, Tamraya raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
xxx
07:30
İranın İsrailə son hücumu nəticəsində 3 nəfər ölüb, 125 insan yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı milli təcili yardım xidmətinə “Maqen David Adom” (Davidin qırmızı qalxanı) istinadən məlumat verib.
Məlumata görə, İranın endirdiyi zərbələr nəticəsində 5 nəfər ağır, 20-yə yaxın adam orta dərəcəli, qalanları isə yüngül xəsarət alıb./publika.az