AZ

İsraildə ölən və yaralananların sayı artır - SON MƏLUMAT

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Times of Israel"məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb. Onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.

Temre şəhərinə endirilən zərbə nəticəsində daha dörd nəfər həyatını itirib. Ən azı 14 nəfər yaralanıb. Rəxovot şəhərində də xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.

Məlumat üçün bildirək ki, daha əvvəl İranın İsrailə son raket hücumu nəticəsində 3 nəfər həlak olub, 125 nəfər xəsarət aldığı deyilirdi.

Xəzər

"Cebheinfo.az"

Seçilən
48
6
cebheinfo.az

10Mənbələr