İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artıb...
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.
Nəşr bildirib ki, hazırda 20-yə yaxın adam itkin düşmüş hesab olunur.
Eyni zamanda Bat-Yamdakı binanın birbaşa vurulması nəticəsində 6 nəfər həlak olub, Tamraya raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
***
İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 8əfər həlak olub.
İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.
APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.
The Times of Israelin məlumatına görə, Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.
Temre şəhərinə endirilən zərbə nəticəsində daha dörd nəfər həyatını itirib. Ən azı 14 nəfər yaralanıb. Rəxovot şəhərində də xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.
Poliqon.info