AZ

II Liqa uğrunda pley-off matçının yeri və vaxtı açıqlandı

Növbəti mövsüm II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri bəllidir.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Biləsüvar" və "Ağstafa Gəncləri" arasında baş tutacaq qarşılaşma mayın 29-da 16:00-da Yevlax şəhər stadionunda olacaq. 

“CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq ediləcək.

Oyun Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Seçilən
28
31
fanat.az

10Mənbələr