AZ

“Biləsuvar” II Liqaya vəsiqə qazanmağı bacarmadı

“Ağstafa Gəncləri” 2026/2027 mövsümündə də II Liqada çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi buna həmin çempionata vəsiqə uğrunda pley-off oyununda qələbə qazanmaqla nail olub.

“Ağstafa Gəncləri” Yevlax şəhər stadionundakı qarşılaşmada “Biləsuvar”ı 3:0 hesabı ilə üstələyib.

Ötən mövsüm “Ağstafa Gəncləri” II Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü yeri tutub.

Seçilən
24
3
sportinfo.az

4Mənbələr