Futbol üzrə Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.
"Far.Az"un məlumatına görə, "Biləsuvar" və "Ağstafa Gəncləri" komandaları üz-üzə gələcəklər.
Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.
Xatırladaq ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü yeri tutub.