AZ

2-ci liqaya vəsiqəni "Ağstafa Gəncləri" qazandı

Bu gün yeni mövsüm üçün Azərbaycan 2-ci liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçirilib. 

“İki sahil” xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Matç "Ağstafa Gəncləri"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, sözügedən komanda növbəti mövsüm üçün 2-ci liqadakı yerini qoruyub.

Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.

29 may (cümə) 

2-ci liqa uğrunda pley-off oyunu 

16:00. "Biləsuvar" 0–3 "Ağstafa Gəncləri"

Qollar: Ə.Bağırov, 9, A.Tağıyev, 45+2, E.Hüseynov, 47
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu

Seçilən
22
6
ikisahil.az

10Mənbələr