AZ

"Ağstafa Gəncləri" 2-ci liqada qaldı

2-ci liqaya vəsiqə uğrunda pley-off görüşü keçirilib.

"Football-plus.az" xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Matç "Ağstafa Gəncləri"nin qələbəsi ilə yekunlaşıb.

Beləliklə, sözügedən komanda növbəti mövsüm üçün 2-ci liqadakı yerini qoruyub.

Biləsuvar – Ağstafa Gəncləri 0:3
Ə.Bağırov, 9. A.Tağıyev, 45+2. E.Hüseynov, 47

Seçilən
17
4
football-plus.az

10Mənbələr