AZ

Magistral yolda qəza: piyada hadisə yerində öldü

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağdaş, 26 may, AZƏRTAC

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı–Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Müxbir- Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
6
azertag.az

10Mənbələr