AZ

Rusiya britaniyalı nazirin olduğu təyyarənin GPS siqnalını bloklayıb

Böyük Britaniya müdafiə naziri Con Hiliyə məxsus təyyarənin Rusiyaya yaxın ərazilər üzərində uçuşu zamanı GPS və rabitə sistemlərinə müdaxilə edildiyi bildirilir...

 

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, insident bu həftənin əvvəlində baş verib. The Times yazır ki, hadisə cümə axşamı Hili Estoniyadakı Britaniya hərbçilərinə səfərindən sonra ölkəyə qayıdarkən qeydə alınıb.

Bildirilir ki, Rusiya tərəfindən həyata keçirildiyi ehtimal edilən müdaxilə nəticəsində təyyarənin GPS sistemi təxminən üç saat ərzində işləməyib və pilotlar alternativ naviqasiya sistemindən istifadə etməyə məcbur olublar.

BBC qeyd edir ki, bu insidentdən bir gün əvvəl Rusiya hərbi təyyarələrinin Qara dəniz üzərində Britaniya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinə “təhlükəli və təkrarlanan” şəkildə yaxınlaşdığı barədə məlumat yayılmışdı.

Hazırda Con Hiliyə məqsədli hücum edilib-edilmədiyi məlum deyil. Lakin qeyd olunur ki, təyyarənin uçuş marşrutu reysləri izləyən internet platformalarında açıq şəkildə görünə bilib.

Səfər zamanı Con Hili Estoniyada NATO təlimlərində iştirak edən Britaniya hərbçiləri ilə görüşüb və onlarla müzakirələr aparıb.

Poliqon.info

Seçilən
28
50
poliqon.info

10Mənbələr