AZ

Amerikalı milyarderə məxsusraket start meydançasında partlayıb

Ajans.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, hadisə Kanaveral burnunda planlaşdırılmış mühərrik sınaqları zamanı baş verib. Məlumata görə, sınaq zamanı raketin mühərrikləri tam güclə işə salınıb, lakin raket start meydançasına bərkidilmiş vəziyyətdə olub. Təxminən 29 mərtəbəli bina hündürlüyündə olan raket partlayış nəticəsində tamamilə məhv olub. Bildirilir ki, yanacağın partlaması nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı Koko-Biç və Kanaveral burnu şəhərlərində hiss olunub. Partlayışdan yaranan alov isə onlarla kilometr məsafədən müşahidə edilib. Şirkətin məlumatına görə, sınaq vaxtı start meydançasında personal olmayıb. Partlayış nəticəsində start platformasına da ciddi ziyan dəyib. İlkin məlumata əsasən, ildırımdan mühafizə qüllələrindən biri dağılıb və buraxılış avadanlığı tamamilə yararsız hala düşüb.

Seçilən
24
12
Ajans.az

10Mənbələr