AZ

Dünya Seriyası: "Neftçi" ilk oyununda Taylanda uduzub

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.

SİA məlumatına görə paytaxt təmsilçisi Taylandla üz-üzə gəlib.

Qarşılaşma Taylandın 19:14 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirəcək. Matç 13:30-da başlayacaq.

Seçilən
2
3
sia.az

7Mənbələr