"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.
"Far.Az"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv "Amsterdam"la (Niderland) qarşılaşıb.
Görüş Niderland təmsilçisinin 18:15 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" bu gün keçirdiyi ilk matçda Taylanda 14:19 hesabı ilə uduzub. Bununla da komanda Şanxay mərhələsində mübarizəni başa vurub.
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.
"Far.Az"un məlumatına görə paytaxt təmsilçisi Taylandla üz-üzə gəlib.
Qarşılaşma rəqibin 19:14 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirəcək. Matç 13:30-da başlayacaq.
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək.
"Far.Az"un məlumatına görə, komanda iki görüş keçirəcək.
"Ağ-qaralar" əvvəlcə Taylandla üz-üzə gələcək.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.