"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.


Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Taylandla üz-üzə gəlib.


Qarşılaşma Taylandın 19:14 hesablı qələbəsi ilə başa çatıb.


Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirəcək. Matç 13:30-da başlayacaq.