AZ

Dünya Seriyası: "Neftçi" ilk oyununda Taylanda uduzub - YENİLƏNİB

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.

"Report"un məlumatına görə paytaxt təmsilçisi Taylandla üz-üzə gəlib.

Qarşılaşma Taylandın 19:14 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirəcək. Matç 13:30-da başlayacaq.

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, komanda iki görüş keçirəcək.

"Ağ-qaralar" əvvəlcə Taylandla üz-üzə gələcək.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

Seçilən
1
2
far.az

7Mənbələr