AZ

Qəzzada ölənlərin sayı 72 553 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 72 553 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzzada iki nəfər ölüb, 22 nəfər yaralanıb.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 777 nəfər həlak olub, 2193 nəfər yaralanıb və dağıntılar altından 761 nəfərin cəsədi çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72.553, yaralananların sayı isə 172.296 olub.

Bölgədə hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

 

İlahə Qənbərli

Missiya.Az

Seçilən
3
1
missiya.az

10Mənbələr