AZ

Qəzzada ölənlərin sayı 72 073 nəfərə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 073 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzzada 1 ölü və 8 yaralı xəstəxanalara gətirilib.

Qeyd edək ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 615 nəfər həlak olub, 1651 nəfər yaralanıb və dağıntılar altından 726 cəsəd çıxarılıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
0
2
missiya.az

3Mənbələr