AZ

Qəzzada ölənlərin sayı 72 285 nəfərə çatıb

Qəzza zolağına İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayı 72 285 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saat ərzində İsrailin əvvəlki hücumlarında yaralanan 5 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilib. 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 709 nəfər həlak olub, 1928 nəfər yaralanıb və dağıntılar altından 756 cəsəd çıxarılıb.Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabr ayından bəri hücumlar nəticəsində ölənlərin ümumi sayı 72.285-ə, yaralıların sayı isə 172.028-ə çatıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
15
3
missiya.az

10Mənbələr