AZ

Qəzza zolağında ölənlərin sayı 72 135 nəfərə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 135 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, son 24 saat ərzində dağıntılar altından 1 fələstinlinin cəsədi çıxarılıb, 2 yaralı isə xəstəxanalara çatdırılıb.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 650 nəfər həlak olub, 1732 nəfər yaralanıb və dağıntılar altından 756 cəsəd çıxarılıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
61
3
missiya.az

10Mənbələr