AZ

PSJ və “Atletiko” 2 cavabsız qolla qalib gəldi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.

Msport.az xəbər verir ki, ​Parisdə yerli PSJ “Liverpul”u 2 cavabsız qolla üstələyib.

Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və “Atletiko” üz-üzə gəlib. Bu matçda isə qonaqlar eyni hesabla qalib gəlib.

 

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 2:0

“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) 0:2

Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bavariya” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
13
4
msport.az

10Mənbələr