AZ

UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirildi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.

​"Yeni Sabah" xəbər verir ki, ​Parisdə yerli PSJ İngiltərə "Liverpul"unu qəbul edib.

Digər matçda isə İspaniya nəhəngləri "Barselona" və Madrid "Atletiko"su qarşılaşıb.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

PSJ - "Liverpul" - 2:0

"Barselona" - "Atletiko" - 0:2

​Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.


Telegram kanalımız
Seçilən
2
8
yenisabah.az

10Mənbələr