Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
Redaktor.az xəbər verir ki, Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.