AZ

Çempionlar Liqası: 1/4 finalın daha 2 oyunu keçiriləcək

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

Msport.az xəbər verir ki, ​Parisdə yerli PSJ İngiltərənin “Liverpul” klubunu qəbul edəcək.

Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və Madrid “Atletiko”su üz-üzə gələcəklər.

 

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

8 aprel

23:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

23:00. “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)

Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bavariya” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
1
3
msport.az

8Mənbələr