UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub. Metbuat.az xəbər verir ki, Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edib.Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gəlib.UEFA Çempionlar Liqası1/4 final, ilk oyunlarPSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) 0:2Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.