AZ

Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə gəlib




Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Gürcüstan bürosu xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.

Xatırladaq ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.
Seçilən
105
18
newscenter.az

10Mənbələr