AZ

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcüstanın patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziyası, civil.ge və digər yerli mənbələr məlumat yayıb.

Vida mərasimi bir neçə gün davam edib. Patriarxın cənazəsi martın 18-dən Müqəddəs Üçlük kilsəsində saxlanılıb, martın 22-də isə izdihamlı yürüşlə Sioni kafedralına aparılıb. Mərasimə minlərlə insan qatılıb.
 

Məlumata görə, dəfnin videoya çəkilməsi məhdudlaşdırılıb. Gürcüstan prezidenti Mixeil Kavelaşvili vida mərasimində çıxış edərək II İliyanı ölkənin milli birliyinin və mənəvi dirçəlişinin rəmzi adlandırıb.


Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak edib.

Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alıb.


Bizim.Media

Seçilən
84
23
bizim.media

10Mənbələr