Bu gün dünyada ən çox müzakirə olunan məsələ ABŞ-ın Venesuelaya qarşı 4 saatlıq əməliyyatı və Madurunun öz yataq otağından oğurlanaraq ABŞ-a gətirilməsidir. Artıq heç kimdə şübhə yoxdur ki, Maduronu öz yaxın ətrafı satıb, daxildən ciddi dəstək olmasaydı, ABŞ-ın bir nəfər əsgərinin burnunun belə qanamadan əməliyyat keçirməsi, Maduronu evində-yatağında həbs edib, ABŞ-a gətirməsi mümkün olmazdı.
Publika.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.
“Baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır, təməl ordadır, amma qırılma nöqtəsinin Çavesin varis planında yarandığı üzə çıxır.
Venesuelanın vitse-prezidenti, dünəndən etibarən Venesuelanın Konstitusiya Məhkəməsi tərəfindən bu ölkənin qanuni və faktiki rəhbəri elan edilən Delsi Rodriges, məncə, bütün bu hekayənin əsas aktryoru, doğma qardaşı Xorxe Rodriges isə baş rejissorudur.
1969-cu ildə Venesuelada “Sosialist Liqası” (Liga Socialista) adlı hərakat yaranır. Bu hərəkatın təsisçisi və rəhbəri Venesuelanın varlı təbəqəsindən çıxan Antonio Rodriges olur. Antonio Rodrigesin iki övladı var – qızı Delsi, oğlu Xorxe.