AZ

Türkiyə ilə böyük müharibəyə başlaya bilərik İsrailli nazir

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hesab edirəm ki, Türkiyə ilə münasibətləri kəsməliyik. Bu, düşmən ölkədir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin diaspora işləri naziri Amixay Şikli deyib.

“Türkiyə qoşunlarının Qəzzada olmasını qəbul edə bilmərik. Bu, fəlakət olar və İsrail dövləti üçün ciddi təhlükə yaradar. Çünki bu, İsrail ordusu ilə türk qüvvələrini üz-üzə gətirərdi. Hər hansı anlaşılmazlıq və ya kiçik insident böyük müharibəyə səbəb ola bilər. Biz buna yol vermək istəmirik.

Biz türklərə deyirik ki, Suriyadan, xüsusilə onun cənub hissəsindən uzaq durun. Qəzzaya gəldikdə isə ora daxil olmağı belə düşünməyin. Biz bunu qəbul edə bilmərik”, – o qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
50
globalinfo.az

10Mənbələr