AZ

ABŞ daha bir ölkədə prezidenti həbs etmək üçün əməliyyat keçirə bilər

ABŞ-nin Kolumbiyada hərbi əməliyyatlar keçirəcəyi istisna deyil. 

"Yeni Sabah" xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamaasında bildirib.

Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran dövlət başçısı Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib.

Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək.

ABŞ-ın Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib.

Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib.

O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”.

ABŞ-ın Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər. 


Telegram kanalımız
Seçilən
79
50
yenisabah.az

10Mənbələr