ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə ilk məhkəmə iclasının vaxtı məlum olub.
Moderator.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, məhkəmə iclasının yanvarın 5-də, bazar ertəsi günü yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00 - red.) keçirilməsi planlaşdırılır.
ABŞ baş prokuroru Pem Bondi bildirib ki, Maduro və həyat yoldaşı narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.