AZ

KİV: Maduronun rəqsləri Tramp komandasını əməliyyata inandırıb

Venesuela prezidenti Nikolas Maduronun televiziya efirlərində mütəmadi olaraq rəqs etməsi ABŞ prezidenti Donald Trumpın komandasının bəzi üzvlərini Venesuelaya qarşı hərbi əməliyyatın zəruriliyinə inandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
 
Məqalədə qeyd olunur ki, Maduronun son həftələrdəki müntəzəm ictimai rəqsləri və digər laqeyd davranışları Tramp komandasının bir hissəsində Venesuela prezidentinin onları məsxərəyə qoyduğu və ABŞ-nin təzyiqlərini blef kimi təqdim etməyə çalışdığı qənaətini yaradıb.
 
“Maduronun mütəmadi ictimai rəqsləri və son dövrdəki digər davranışları Tramp komandasının bəzi üzvlərini inandırdı ki, Venesuela prezidenti onlarla lağ edir və ABŞ-nin təzyiqlərinin, onun fikrincə, blef olduğunu ifşa etməyə çalışır”, — deyə materialda bildirilir.
 
Məqalədə həmçinin iddia olunur ki, Maduro ABŞ tərəfinin ölkəni tərk edərək Türkiyəyə köçməsi ilə bağlı təklifini rədd edib.
 
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanılaraq ölkədən çıxarılıb.
Seçilən
44
50
moderator.az

10Mənbələr