Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
QOL.az xəbər verir ki, mərhələnin daha bir görüşündə CAR və Kamerun milliləri üz-üzə gəlib. 3 qolun vurulduğu matçda qələbəni kamerunlular qazanıb.
CAR - Kamerun - 1:2
Qollar: Çamadeu, 34 (0:1), Kofane, 47 (0:2), Makqopa, 88 (1:2)
Qeyd edək ki, Kamerun millisi 1/4 finalda Mərakeşlə üz-üzə gələcək. Digər cütdə isə Mali və Seneqal yığmaları qarşılaşacaq.
1/4 finalın digər 4 iştirakçısı isə qarşıdakı 2 gündə keçiriləcək 1/8 mərhələsinin 4 matçından sonra müəyyənləşəcək.