Afrika Millətlər Kubokunun qrup mərhələsində Botsvana ilə görüşdə zədələnən Benin millisinin və "Neftçi"nin futbolçusu Sessi D`Almeydanın durumu bəlli olub.
QOL.az xəbər verir ki, millinin baş məşqçisi Gernot Rohr Misirllə bu gün keçiriləcək 1/8 final oyunu üçün təşkil edilən mətbuat konfransında D`Almeyda ilə bağlı danışıb.
O deyib ki, 30 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağlatdıb və sıraya dönüb: "Sessi d'Almeida yarımmüdafiəyə qayıdacaq, amma kapitanımız və hücumçumuz Stiv Muniyenin oynaya bilməyəcəyi ehtimalı var" - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün keçiriləcək Misir - Benin matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.